“Gürcü Arzusunun” mərkəzi ofisində Parlament çoxluğunun iclası keçirilir

Manshet Siyasət

“Gürcü Arzusunun” mərkəzi ofisində Parlament çoxluğunun iclası keçirilir.

Nsa.ge Birinci Kanala istinadən xəbər verir ki, iclasda partiyanın sədri Bidzina İvanişvili, Parlamentin sədri Arçil Talakvadze, baş nazir Mamuka Baxtadze və Daxili İşlər naziri Giorgi Qaxariya iştirak edirlər.

İclas başlamazdan əvvəl deputat Mariyam Caşinin bildirdiyinə görə, müzakirə olunacaq məsələlər payız sessiyasının planlarına aiddir.

Mariam Caçiyə ünvananan bugünki iclasda hökumət dəyişiklikləri planlaşdırılır ya yox, sualına deputat cavab verib:

“Bu məsələni istisna etmirəm və görüş başa çatdıqdan sonra əlavə şərh edəcəm”.