Gürcüstan-Azərbaycan əlaqələrinə edilən töhfə üçün Kaxa Kaladze xüsusi medal ilə mükafatlandırıldı

Manshet Siyasət

Tbilisi meri Kaxa Kaladze Azərbaycan Respublikasının diplomatik xidmətinin 100 illiyi ilə bağlı, yubiley medalı ilə təltif olundu.

Nsa.ge xəbər verir ki, Paytaxtın merinə mükafatı Azərbaycanın Gürcüstandakı səfiri, Dursun Həsənəv verib.

“Azərbaycan dövləti, azərbaycanlı gənclər Kaxa Kaladzenin nailiyyətlərini həmişə dəyərləndirirlər. O, mer vəzifəsində bu gün də Azərbaycan ilə sıx dotluq və əməkdaşlığı davam etdirir”, – Azərbaycanın Gürcüstandakı səfiri bəyan etdi.

Tbilisi meri, Kaxa Kaladze mükafata görə, Azərbaycan prezidenti və hakimiyyətinə minnətdarlığını bildirib.

Görüşdə “Socar Energy Georgia”-nın rəhbəri, Mahir Məmmədov da iştirak edib.