Gürcüstan-Azərbaycan sərhədinin razılaşdırılmamış sahələrinə ekspertlərin birgə baxışı təxirə salınıb

Manshet Siyasət

“Gürcüstan-Azərbaycan sərhədində razılaşdırılmamış sahələrə ekspertlərin birgə baxışı qeyri-müəyyən vaxta qədər təxirə salınıb”.

Nsa.ge xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib.

O deyib ki, ekspertlərin birgə baxışı mütləq baş tutacaq: “Biz azərbaycanlı tərəfdaşlarımızla gündəlik olaraq davamlı əlaqə saxlayırıq. Ekspertlərin görüşü vəziyyətin öyrənilməsi baxımından yaxşı imkan olacaq. Bu görüşdən sonra danışıqların ikinci mərhələsi keçiriləcək”.

XİN başçısı qeyd edib ki, sərhədlə bağlı növbəti danışıqların tarixi Azərbaycan tərəfi ilə razılaşdırılır.

D.Zalkaliani əlavə edib ki, Tbilisi Azərbaycanla sərhəd məsələsi ilə bağlı danışıqların ikinci mərhələsinə hazırdır: “Biz görüşü hətta bu gün keçirməyə hazırıq. Lakin bu, ikitərəfli razılıq əsasında baş verməlidir. Buna görə də biz Azərbaycan tərəfini gözləyirik”.