Gürcüstan-Azərbaycan sərhədlərinin müəyyən olunmamış hissələrinə dair işçi qrupun görüşü keçirilib

Manshet Siyasət

Gürcüstan-Azərbaycan sərhədlərinin “Keşikçidağ” məbəd kompleksi ətrafındakı müəyyən olunmamış hissələrinə dair işçi qrupun görüşü keçirilib.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstanın İctimai kanalı məlumat yayıb.

Tərəflər delimitasiya prosesinin gedişi və fikir ayrılıqları ilə bağlı mövqelərini müzakirə ediblər. İclasda sahə işləri – sərhədin müəyyən edilməmiş hissələrində birgə tədqiqatlar və onların araşdırılması üzrə işlər planlaşdırılıb.

Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, 19-23 avqust aralığında komissiyanın mütəxəssisləri birlikdə ayrı-ayrı bölmələrdən keçəcək və  müəyyən edilməmiş seksiyalara baş çəkməyi planlaşdırırlar.