Gürcüstan, Azərbaycan, Türkiyə XİN rəhbərlərinin görüşünün vaxtı açıqlandı

Manshet Siyasət

Gürcüstan, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin Tbilisidəki görüşü oktyabrda baş tutacaq. 

Nsa.ge xəbər verir ki, bununla bağlı Gürcüstan Xarici İşlər Nazirliyi David Zalkaliani və Elmar Məmmədyarov arasında Nyu-Yorkda baş tutan görüşdən sonra məlumat yayıb. 

Xatırladaq ki, nazirlər arasında ilk üçtərəfli görüş 2012-ci ildə Trabzonda keçirilib. Son görüş isə ötən il oktyabrın 29-da İstanbulda baş tutub. 

Bu görüş nazirlər arasında keçiriləcək səkkizinci üçtərəfli görüş olacaq.