Gürcüstan konstitusiyasına düzəlişlər ediləcək

Manshet Siyasət

Gürcüstanın dövlət konstitusiyasına proporsional seçki sistemi ilə bağlı düzəlişlər ediləcək.

Nsa.ge xəbər verir ki, düzəlişlərin nəzərdə tutulduğu layihəni hakim Gürcü Arzusu Partiyasının rəhbərlik etdiyi parlament çoxluğu hazırlayıb.

Qeyd edək ki, qonşu ölkədə 2024-cü ildən proporsional seçki sisteminə keçid nəzərdə tutulurdu. Lakin Tbilisidə etiraz aksiyalarının bir tələbi 2020-ci ildə parlament seçkilərinin proporsional qaydada keçirilməsi olub. Hakim Gürcü Arzusu Partiyasının qərarı ilə bu tələb yerinə yetirilib.