Gürcüstan noyabrda AŞ Nazirlər Komitəsinə sədrliyi Fransadan təhvil alacaq

Manshet Siyasət

Gürcüstan gələn ilin yazında Avropa Şurası Xarici İşlər nazirlərinin görüşünə ev sahibliyi edəcək. 

Nsa.ge xəbər verir ki, bu barədə  ölkənin XİN başçısı David Zalkaliani məlumat verib. 

O bildirib ki, Gürcüstan artıq AŞ NK-nın sədrliyinə hazırdır və indidən bir sıra prioritetlər müəyyənləşdirib.

“Noyabrda Gürcüstan Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi Fransadan təhvil alacaq. Bu böyük məsuliyyətdir. Biz artıq buna hazırıq və prioritetlərimizi müəyyənləşdirmişik”.- deyə Zalkaliani vurğulayıb.

NSA.GE