Gürcüstan parlamenti üzvləri Azərbaycana səfər ediblər – FOTO

Manshet Siyasət

Gürcüstan parlamentinin üzvlərinin Azərbaycana rəsmi səfəri başlayıb.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Nümayəndə heyəti azərbaycanlı və türkiyəli həmkarları ilə birgə Şəhidlər xiyabanını və Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib.

Nümayəndə heyəti  daha sonra Milli Məclisdə Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb.

Qeyd edək ki, nümayəndə heyətinə Gürcüstanın qanunverici orqanının Xarici əlaqələr üzrə Komitəsinin sədri Sofo Katsarava, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Zviad Dzidziquri və Xarici əlaqələr komitəsinin üzvü Ramaz Nikolaişvili daxildir.

Gürcü deputatlar Bakıda keçiriləcək Gürcüstan-Azərbaycan-Türkiyə parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli görüşündə iştirak edəcəklər.