Gürcüstan parlamentində Avropa Şurası müzakirə olunacaq

Manshet Siyasət

Gürcüstan Avropa Şurasına üzv olmasının 20 illik yubileyini qeyd edir. Parlamentdə yubileyə həsr olunmuş iclas keçiriləcək.

Nsa.ge Birinci Kanala istinadan xəbər verir ki, İclası Parlamentin sədri İrakli Kobaxidze açacaq. İclasda Avropa Şurası Parlament Assambleyasının prezidenti, Lilian Mori Paskie, baş nazir Mamuka Baxtadze və prezident Salome Zurabişvili nitqlə çıxış edəcəklər.

“Avropa Gürcüstanı” partiyasının üzvü, Giorgi Kandelakinin bəyan etdiyinə görə, 20 il ərzində Gürcüstan mühüm tərəqqiyə nail oldu. Lakin elə onun dediyinə görə, çağırışlar yenə qalmaqdadır.

Avropa Şurası Parlament Assambleyasının prezidenti, Lilian Mori Paskie iclasın başlamasına qədər Mamuka Baxtadze və Salome Zurabişvili ilə görüşəcək.

Gürcüstan Parlamentinin sədri, İrakli Kobaxidze Avropa Şurası Parlament Assambleyasının prezidenti, Lilian Mori Paskie ilə görüşdü.

Görüş Gürcüstan Parlamentində, bağlı qapılar arxasında keçirildi. Burada Tamar Çuqoşvili, Sopo Katsarava və Arçil Talakvadze iştirak edirdilər.

NSA.GE