Gürcüstan parlamentinin sədri Azərbaycana səfər edəcək

Manshet Siyasət

“Əminəm ki, Azərbaycanlı dostlarımızla David Qareji məsələsinin həlli üçün ən yaxşı yolu tapacağıq”.

Nsa.ge xəbər verir ki, Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze jurnalistlərə müsahibəsində belə deyib.

Parlamentin sədri bildirib ki, iyunda Azərbaycana səfər edəcək və məsələni Bakıda müzakirə edəcək

“Əlbəttə, mən məsləhətləşmələr aparıram, iyunun üçüncü həftəsində Azərbaycana rəsmi səfər edəcəm və azərbaycanlı dostlarımla məsələni müzakirə edəcəm. Məsələnin həlli mümkünsüz deyil”, – deyə İrakli Kobaxidze bildirib.

NSA.GE