Gürcüstan parlamentinin sədri bu gün azərbaycanlı deputatlar ilə birgə Bakıya səfər edir

Manshet Siyasət

Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze bu gün Bakıya rəsmi səfərə gedir.

Nsa.ge xəbər verir ki, səfər çərçivəsində parlament sədri Bakıda bir sıra rəsmi görüşlər keçirəcək.

Səfər çərçivəsində İrakli Kobaxidze Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Baş Assambleyasının 53-cü plenar sessiyasında iştirak edəcək.

İ.Kobaxidzeni Gürcüstan parlamentinin üzvləri Mahir Dərziyev, Zviad Dziqziquri, Ruslan Hacıyev, Savalan Mirzəyev, Azər Süleymanov, Gürcüstan Parlamentin Ofis rəhbəri Givi Mikanadze müşayiət edəcək.

Qeyd edək ki, səfər iyunun 22-si başa çatacaq.