Gürcüstan Prezidenti Azərbaycanla sərhədlərin delimitasiyası prosesinin yenilənməsini alqışlayır

Manshet Siyasət

“Uzun illərdir dayandırılan sərhədlərin delimitasiyası məsələsinin yenilənməsini alqışlayıram”. 

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvili özünün “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, məsələnin tez bir zamanda həllinin tərəfdarıdır.

“Azərbaycana səfərim zamanı Prezident İlham Əliyevlə bu barədə razılıq əldə etdim. Əminəm ki, uzunmüddətli mehriban qonşuluq və strateji tərəfdaşlığımız tərəflərin sürətli nəticə əldə etməsinə yardım edəcək”, – deyə Salome Zurabişvili bildirib.

NSA.GE