Gürcüstan prezidenti Rusiya ilə dialoq təşəbbüsü ilə çıxış edib

Manshet Siyasət

Gürcüstan prezidenti Salome Zurabişvili bildirib ki, rəsmi Tiflis mövcud problemləri həll etmək üçün Rusiya tərəfi ilə diplomatiya və danışıqlar yolundan istifadə etməlidir. 

Bu barədə Nsa.ge RİA “Novosti”yə istinadən xəbər verir.

“Nə vaxt ki, ölkədə işğal edilmiş ərazilər kimi problemlər var, bunun həlli üçün iki yol mövcuddur: birincisi – bu, hərbdir, hansından ki, biz imtina etdik, amma ikinci yol diplomatiya və danışıqlar yoludur”, – deyə o bildirib.

Zurabişvilinin sözlərinə görə, onun ölkəsində “rusofobiya” yoxdur. Salome Zurabişvili həmçinin Gürcüstan və Rusiya Xarici İşlər Nazirlikləri başçılarının danışıqlarını müsbət qiymətləndirən qərb dövlətlərinin reaksiyasını da alqışlayıb.

O, Gürcüstanın və Rusiyanın xarici siyasət idarələrinin başçıları – David Zalkalianinin və Sergey Lavrovun danışıqlarının nəticələrini şərh edib. 

Daha əvvəl Gürcüstan rəhbəri bildirib ki, ölkə olduqca çətin regionda əsas sabitlik adalarından biridir.