Gürcüstan Prezidenti Salome Zurabişvili vətəndaşlara müraciət edib

Manshet Siyasət

“Acarıstan iqtidarı ilə bu gün ilk dəfə görüşdüm və burada bir çox maraqlı yeni investisiya layihələri gördüm”.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili bildirib.

Salome Zurabişvili qeyd edib ki, Acarstanda turizm baxımından müəyyən problemlər yarandı, ancaq real olaraq, bu problemlər regionda turizmin artmasına mane ola bilməyəcək.

“Yenə bir dəfə fürsətdən istifadə edib, hərkəsə müraciət etmək istəyirəm  ki, cari ildə Gürcüstanda istirahət etsinlər. Gələn həftə Batumiyə önəmli bir konfransda iştirak etmək üçün gələcəm və bu mövzu haqqında yenə danışacam.

Buraya Avropalı partnyorlarımız gələcəklər və söz etdiyim konfrans Avropa İttifaqı ilə Gürcüstanı yaxınlaşdıran növbəti tədbir olacaq” – dedi Salome Zurabişvili.