Gürcüstan prezidenti Tbilisidə aksiyanın zor gücünə dağıdılmasına haqq qazandırıb

Manshet Siyasət

“Gürcüstan prezidenti hesab edir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları lazım olduğu kimi hərəkət ediblər”.

Nsa.ge Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan prezidentinin mətbuat katibi Xatia Moistsrapişvili brifinqdə bildirib.

Onun sözlərinə görə, əgər həmin hərəkətlər zamanı güc həddi aşılıbsa, bu, istintaq mövzusudur: “Qanun pozuntusuna yol verənlər müəyyən olunsa, onlar cəzalandırılmalıdırlar”.

Mətbuat katibi qeyd edib ki, S.Zurabişvili cəmiyyətin bütün suallara cavab almalı olduğunu hesab edir: “Bunun üçün tez və effektiv istintaq aparılmalıdır”.