Gürcüstan Prezidenti: “Ümid edirəm ki, birgə komissiya lazımi nəticə əldə edəcək”

Manshet Siyasət

“David Qareci məsələsinin başa çatdırılması çox önəmlidir”.

Nsa.ge xəbər verir ki, Gürcüstan prezidenti Salome Zurabişvili bunu Gürcüstanın Müstəqillik Günü münasibəti ilə keçirilən hərbi paraddakı çıxışında bildirib.

S. Zurabaşvili  deyib ki, məsələnin həll olunması həm də regionun inkişafı baxımından önəm daşıyır: “David Qareci məsələsi həll olunandan sonra heç kim bizim münasibətlərimizi qəlizləşdirə və ya regionun inkişafını ləngidə bilməyəcək. Mən komissiyanın vaxtında yenilənməsinə və fəaliyyətə başlamasına görə çox şadam. Ümid edirəm ki, birgə komissiya yaxın gələcəkdə lazımi nəticə əldə edəcək”.

NSA.GE