Gürcüstan prezidentinin mətbuat katibi istefaya gedir

Manshet Siyasət

Gürcüstan Prezidenti Salome Zurabişvilinin mətbuat katibi Xatiya Moistsrapişvili istefa verib.

Nsa.ge yerli KİV-ə istinadən bildirir ki, bu məlumatı Gürcüstan mətbuatı yayıb.

Məlumatda bildirilir ki, onun istefasına əsas səbəb kimi prezidentlə bir sıra məsələlərdə fikir ayrılığının yaranması olub.

Qeyd edilir ki, Xatiya Moistsrapişvili bu ilin yanvarında mətbuat katibi təyin edilmişdi.