Gürcüstan qeyri-qanuni miqrasiyaya qarşı tədbirləri gücləndirib

Manshet Siyasət

Gürcüstan ölkəyə qeyri-qanuni gələnlərə və qanunsuz miqrasiyaya qarşı tədbirləri gücləndirib.

Nsa.ge xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi bu haqda məlumat yayıb.

Bildirilir ki, görülən tədbirlər nəticəsində 2019-cu ilin yanvar-iyun aylarında Gürcüstandan 18 ölkədən olan 41 əcnəbi vətəndaş çıxarılıb. Hesabat dövründə səkkiz Azərbaycan vətəndaşı, altı İran, beş Misir, dörd Türkiyə, iki Anqola, iki Hindistan, iki İraq və iki Nigeriya vətəndaşı Gürcüstandan çıxarılıb.

Bundan başqa Kanada, Keniya, Özbəkistan, Ukrayna, Banqladeş, Konqo, Mərakeş, Nepal, Pakistan və Haitidən hər birindən bir vətəndaş Gürcüstandan deportasiya edilib.

Məlumatda bildirilib ki, ölkədən çıxarılan əcnəbilərin əksəriyyəti 26-40 yaş arası kişilərdir.

2018-ci ildə isə 77 əcnəbi Gürcüstandan deportasiya edilib.