Gürcüstan Rumıniya ilə müqavilə imzaladı

Manshet Siyasət

Baş nazir Mamuka Baxtadze bu gün Rumıniyaya rəsmi səfər edib.

Nsa.ge 1tv.ge-yə istinadən məlumat verir ki, Mamuka Baxtadze Rumıniya baş naziri, Vasilka-Viorika Dençila ilə görüşüb.

Nazir Gürcüstan Rumıniya ilə əlaqələrin strateji formada davam etməsi təşəbbüsünü irəli sürüb.

Onun sözlərinə görə, Rumıniya Gürcüsta üçün fərqli  tərəfdaş və dost ölkədir:

Söhbət zamanı iki ölkə arasında mövcud yüksək səviyyəli siyasi dialoqa diqqət yetirilib.

Baş nazirlər Avropa və Avroatlantik inteqrasiya yolunda Gürcüstan tərəfindən nail olunan müsbət nəticəni müzakirə edib.

Qeyd edək ki, Gürcüstan və Rumıniya arasında mədəniyyət sahəsində əməkdaşlıq barəsində razılaşma imzalanıb. Sənədə Gürcüstan Xarici İşlər naziri David Zalkaliani və Rumıniya Mədəniyyət naziri Valer Daniel Breazi qol çəkib.

NSA.GE

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − 6 =