Gürcüstan və ABŞ müdafiə sahəsində üçillik müqavilə imzalayacaq

Manshet Siyasət

Gürcüstan və ABŞ bir neçə gündən sonra müdafiə sahəsində əməkdaşlığa dair üçillik müqavilə imzalayacaq.

Nsa.ge xəbər verir ki, bunu Gürcüstanın Müdafiə naziri Levan İzoriya ABŞ-ın yeni hərbi attaşesi, polkovnik Stefani Beqli ilə görüşün nəticələrinə dair tədbirdə deyib.

“Növbəti illərdə biz polkovnik Stefani Beqli və onun komandası ilə Gürcüstanda hər iki ölkənin müdafiə imkanlarının gücləndirilməsinə xidmət edən uğurlu siyasəti davam etdirəcəyik”, – L. İzoriya bildirib.