Gürcüstan və Avropa İttifaqı vizasız rejimi dayandırır?

Manshet Siyasət

“Gürcüstan və Avropa İttifaqı ölkələri arasında vizasız rejimin dayandırılacağı barədə danışmaq üçün heç bir əsas yoxdur”.

Nsa.ge xəbər verir ki, bunu Gürcüstanın baş naziri Mamuka Baxtadze bildirib.

O deyib ki, bu barədə yayılan məlumatlar həqiqətəuyğun deyil: “Biz viza rejiminin liberalizasiyası, Avropa İttifaqı ilə assosiasiya haqqında saziş barədə danışanda, bu kiminsə şəxsi nailiyyəti deyil. Bu, Gürcüstan dövlətinin nailiyyətidir”.

M.Baxtadzenin sözlərinə görə, hər bir Gürcüstan vətəndaşı viza rejiminin liberalizasiyasından istifadə edərkən xüsusi məsuliyyət daşımalıdır: “Bir daha əmin etmək istəyirəm ki, Gürcüstan üçün viza rejiminin liberalizasiyasının dayandırılması ilə bağlı söhbərlər üçün qətiyyən heç bir əsas yoxdur”.

Qeyd edək ki, Gürcüstan və Aİ arasında vizasız rejim 2017-ci ilin martın 28-də qüvvəyə minib. Gürcüstan vətəndaşları vizasız rejimi tez-tez pozduqlarına görə bu rejimin ləğv olunacağı ilə bağlı ara-sıra məlumatlar yayılır. 

NSA.GE
Mənbə: Report