Gürcüstan və Macarıstan Prezidentləri görüşüblər

Manshet Siyasət

Gürcüstanda səfərdə olan Macarıstan Prezidenti Yanoş Ader gürcüstanlı həmkarı Salome Zurabişvili ilə görüşüb. 

Nsa.ge-nin xəbərinə görə, rəsmi qəbul prezident sarayında baş tutub. 

Macarıstan Prezidenti Yanoş Aderin gün ərzində Gürcüstan parlamentinin sədri Arçil Talakvadze ilə görüşü də planlaşdırılır.  

Səfər çərçivəsində ikitərəfli və çoxtərəfli formatda ölkələr arasında siyasi, iqtisadi, mədəni əlaqələrə həsr olunmuş görüşlərin keçirilməsi nəzərdə tutulub.