Gürcüstan və ABŞ arasında üçillik hərbi saziş imzalanacaq

Manshet Siyasət

“Bu ilin payızında Gürcüstan və ABŞ arasında hərbi sahədə əməkdaşlığa dair üçillik saziş imzalanacaq”.

Nsa.ge xəbər verir ki, bu sözləri ABŞ-da səfərdə olan müdafiə naziri Levan İzoria bildirib.

Belə ki, görüşdə iki ölkə arasında strateji əməkdaşlıq məsələləri və gələcək planlar müzakirə olunub.

L. İzorianın sözlərinə görə, çərçivə sazişində prioritet istiqamətlər müəyyən olunacaq və bununla da iki ölkə arasında hərbi əməkdaşlıq daha da güclənəcək.

“Bu sənəd Gürcüstana NATO-ya daha da yaxınlaşmağa və əldə olunmuş əməkdaşlığın yüksək səviyyəsi ilə Alyansa üzvlüyə hazır olmağa zəmin yaradacaq”.

NSA.GE