Gürcüstan XİN 2008-ci il avqust müharibəsinin 11-ci ildönümü ilə bağlı bəyanat yayıb

Manshet Siyasət

Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) Rusiya ilə 2008-ci il avqust müharibəsinin 11-ci ildönümü ilə bağlı bəyanat yayıb.

Nsa.ge xəbər verir ki, XİN Rusiyanı 2008-ci ilin avqustun 12-də əldə olunmuş atəşkəs haqqında sazişin öhdəliklərini yerinə yetirməyə çağırıb.

Bəyanatda bildirilib ki, 11 il əvvəl hərbi təcavüz və beynəlxalq hüququn fundamental normalarına məhəl qoymamaqla suveren dövlətin sərhədlərinin zor gücünə dəyişdirilməsinə cəhd olub və bu da həm region, həm də ümumilikdə Avropanın təhlükəsizlik sistemi üçün ciddi təhdiddir.

Bununla yanaşı, Gürcüstanın Abxaziya və Sxinvali bölgələrinin de-fakto aneksiyası istiqaməti ilə, addımlar atır, paralel olaraq çalışır ki, işğal olunmuş ərazidə yaşayan əhalini başqa Gürcüstandan təcrid etsin. Bu məqsədlə Rusiya Federasiyası işğal xəttində tikanlı məftillərin qurulmasını məqsədyönlü davam etdirir.

Abxaziya və Sxinvali bölgələrində qalmış gürcü əhalisinin milli əlamətlə diskriminasiyası, o cümlədən ana dilində təhsilin qadağan edilməsi və ləyaqətin taptalanması narahatedicidir.

Etnik zəmnində işğəncə və qətl halları daha da həyacandoğurucudur. Bu fonda, daha da aydındır ki, işğal olunmuş bölgələrə Avropa İttifaqının müşahidəçilər missiyası daxil olmalıdır.

Mövcud çağırışlara cavab olaraq, Gürcüstan hökuməti Rusiya-Gürcüstan münaqişəsinin sülh yolu ilə həll olunması siyasətinə yönəlməsini davam etdirir. Gürcüstan 2008-ci il avqustun 12-də atəşkəs barəsində imzalanan razılaşmanı tamamilə yerinə yetirib.

Gürcüstan Xarici İşlər Nazirliyi Rusiyanı qeyd olunan razılaşmanın yerinə yetirilməsinə doğru çağırır”, – bəyanatda deyilir.