Gürcüstan XİN “Rustavi 2” də səslənən ifadələri qətiyyətlə pisləyib

Manshet Siyasət

Gürcüstanın müxalif “Rustavi 2” televiziya kanalında teleaparıcı Giorgi Qabunianın Rusiya rəhbərliyinin ünvanına qeyri-etik ifadələr işlətməsi onsuzda mürəkkəb olan Gürcüstan-Rusiya münasibətlərinin daha da gərginləşməsinə yönəlib.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.

“Biz “Rustavi 2” TV şirkətinin söz azadlığına heç bir aidiyyəti olmayan və sadəcə Gürcüstan-Rusiya münasibətlərinin daha da mürəkkəbləşməsinə yönəldilmiş təxribat xarakterli ifadələrini qətiyyətlə pisləyirik”.

Gürcüstan Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti və media azadlığı məsələlərində çalışan bütün qurumları kanalın fəaliyyətini qiymətləndirməyə çağırıb.