Gürcüstana idxal olunan mədəni sərvətlər idxal rüsumundan azad olunacaq

Manshet Siyasət

Gürcüstanda mədəni sərvətlərin ölkəyə idxalına tətbiq olunan rüsumun ləğv olunacağı gözlənilir.

Nsa.ge xəbər verir ki, bu təşəbbüs Gürcüstanın Prezident Administrasiyasında muzey kolleksiyaları və mədəni sərvətlərin qorunması mövzusuna həsr olunmuş görüşdə dəstəklənib.

Gürcüstan prezidenti Salome Zurabişvili bildirib ki, mədəni sərvətlərin idxal rüsumundan azad olunması muzey fondlarının zənginləşməsi və yenilənməsinə şərait yaradacaq.

Müvafiq təklif ölkə parlamentinə təqdim olunacaq.

Görüşdə Gürcüstanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Mixeil Giorqadze, Gürcüstan parlamentinin Təhsil, elm və mədəniyyət komitəsinin sədri Mariam Caşi, digər dövlət qurumlarının nümayəndələri, mütəxəssislər və elm adamları iştirak ediblər. 

NSA.GE