Gürcüstanda dövlət qurumlarında rüşvət halları 88,89% artıb

Manshet Siyasət

Daxili İşlər Nazirliyinin məlumatına görə, 2019-cu ilin yanvar-mart aylarında Gürcüstan dövlət strukturlarında rüşvət alma faktları ötən ilin müvafiq dövrü ilə müqayisədə 88,89 faiz artıb.

Nsa.ge bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin açıqladığı hesabatda bildirilib.

Məlumata görə, bu ürcüstanın dövlət qurumlarında rüşvət alma ilə bağlı 34 fakt rəsmiləşdirilib. Ötən il bu göstərici 18 olub. Ümumilikdə ötən ilin eyni dövrünə nisbətən cari ilin birinci rübündə cinayət statistikası 5,85% azalıb. Xüsusilə, cari ilin üç aylıq dövrü 161 fakt olub, 2018-ci ildə eyni vaxtda bu rəqəm 171 idi.

Statistikaya əsasən, 2019-cu ilin birinci rübündə cəzaçəkmə müəssisəsində 72 hakimiyyətdən sui-istifadə halları olub. Bundan əlavə, hesabat dövründə vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı 15, vəzifə səlahiyyətlərini aşma ilə bağlı isə 72 fakt qeydə alınıb.

NSA.GE