Gürcüstanda hakimlər yeni qayda ilə seçiləcək

Manshet Siyasət

Gürcüstan parlamentində “Ümumi Məhkəmələr haqqında” qanun layihəsinə yeni maddələr əlavə edilib.

Nsa.ge 1tv.ge-yə istinadən bildirir ki,  yeni əlavə edilən düzəlişə görə Ali Ədliyyə Şurası yeni qaydada hakim seçəcək.

Belə ki, Şura parlamentdə Ali Məhkəmənin sədri və yaxud hakimi vəzifəsinə Gürcüstan Konstitusiyası və qanunla hakim üçün vacib olan bütün kvalifikasiya tələblərinə cavab verən şəxsi seçəcək.

Digər bir düzəlişə əsasən isə əgər Ali Məhkəmənin hakim namizədi Ali Ədliyyə Şurasının üzvüdürsə, şura namizədləri dəyərləndirmək və yaxud səs vermək prosedurunun heç bir mərhələsində iştirak etmək haqqına sahib olmayacaq.  Onun həmçinin namizədə sual vermək haqqı da yoxdur.

Parlamentdə məsələ ilə bağlı 2 günlük davam müzakirədənn sonra  87 nəfər lehinə, 31 nəfər isə əleyhinə səs verib. Bununla da düzəlişlər 2-ci oxunuşda qəbul edilib.

NSA.GE

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir