Gürcüstanda müxalifət yeni hökumətə etimad səsverməsində iştirak edəcək

Manshet Siyasət

Gürcüstan parlamentinin müxalif “Vahid Milli Hərəkat” fraksiyası sabah hökumətin yenilənmiş tərkibinə etimad səsverməsində iştirak edəcək.

Nsa.ge-nin xəbərinə görə, bu barədə fraksiya sədri Roman Qotsiridze məlumat verib.

O bildirib ki, fraksiya bununla danışmaq hüququna sahib olacaq. 

Qeyd edək ki, “Vahid Milli Hərəkat” fraksiyasının üzvləri hakim “Gürcü Arzusu” partiyasının təqdim etdiyi yeni nazirlər kabineti namizədlərinin parlament komitələrində keçirilən dinləmələrini boykot edib. Ötən gün keçirilən fraksiya dinləməsində isə partiya üzvləri Baş Nazir postuna namizədi Giorgi Qaxarianın çıxışını yarıda qoyaraq iclas zalını tərk ediblər.