Gürcüstanda NATO-nun çoxmillətli təlimi başlayıb

Manshet Siyasət

Bu gün Gürcüstanda NATO üzvü və tərəfdaşı olan 14 ölkədən hərbçilərin iştirakı ilə “Çevik Ruh 2019” beynəlxalq hərbi təlimlərinə başlayıb.

Nsa.ge-nin məlumatına görə, hərbi təlim avqustun 9-da başa çatacaq.

Hərbi təlimlər Senaki 2-ci piyada Briqadası, Orfolo və Vaziani hərbi bazaları olmaqla üç müxtəlif ərazidə keçirilir. Təlimlərdə NATO üzvü və tərəfdaşı ölkələr – ABŞ, Birləşmiş Krallıq, Latviya, Litva, Polşa, Norveç, Belçika, Bolqarıstan, Yunanıstan, Monteneqro, Rumıniya, Türkiyə və Ukrayna və Gürcüstan 3000 həbri qulluqçu iştirak edir.

Beynəlxalq hərbi təlimlərin ssenarisinə əsasən, komanda, kadr hazırlığı və sahə təhsili, birgə əməliyyatlarda döyüş və dəstək elementləri yer alıb.