Gürcüstanda NATO-nun çoxmillətli təlimi start götürür

Manshet Siyasət

Bu gün Gürcüstanda NATO üzvü və tərəfdaşı olan 14 ölkədən hərbçilərin iştirakı ilə “Çevik Ruh 2019” beynəlxalq hərbi təlimlərinə start veriləcək.

Nsa.ge xəbər verir ki, sayca 9-cu olan builki təlimlərin məqsədi iştirakçı ölkələr arasında hərbi əməkdaşlığı gücləndirmək, çoxmillətli şəraitdə planlama və icra etmə zamanı əməliyyat imkanlarını artırmaq, müttəfiq ölkələrlə idarəetmə vasitələrini inkişaf etdirmək, Qara dəniz bölgəsində sabitlik və təhlükəsizliyin qorunmasına töhfə verməkdir.

Hərbi təlimlər Senaki 2-ci piyada Briqadası, Orfolo və Vaziani hərbi bazaları olmaqla üç müxtəlif ərazidə keçiriləcək. Təlimlərdə NATO üzvü və tərəfdaşı ölkələr – ABŞ, Birləşmiş Krallıq, Latviya, Litva, Polşa, Norveç, Belçika, Bolqarıstan, Yunanıstan, Monteneqro, Rumıniya, Türkiyə və Ukrayna və Gürcüstan 3000 həbri qulluqçu iştirak edəcək.

Beynəlxalq hərbi təlimlərin ssenarisinə əsasən, komanda, kadr hazırlığı və sahə təhsili, birgə əməliyyatlarda döyüş və dəstək elementləri yer alıb. 

Hərbi təlim avqustun 9-da başa çatacaq.