Gürcüstanda nazir Rusiya bayrağına görə istefaya göndərilib – FOTO

Manshet Siyasət

Gürcüstanın Acarıstan Muxtar Respublikasının təhsil, mədəniyyət və idman naziri İnqa Şamilişvili istefaya göndərilib.

Nsa.ge Report-a istinadən xəbər verir ki, buna Rusiya bayraqları səbəb olub.

Belə ki, Batumidə beynəlxalq folklor festivalı çərçivəsində bu gün şəhərin mərkəzində keçirilən yürüşdə Rusiyanın Rostov şəhərini təmsil edən iştirakçılar əllərində Rusiya bayraqlarını tutublar.

Festival təşkilatçıları bildiriblər ki, iştirakçılar Rusiyanı təmsil etməyiblər və onlar etnik ruslar olublar.

Batumidə Rusiya bayraqlarının məhz Gürcüstanın Müstəqillik günündə meydana gəlməsi muxtar respublika rəhbərliyini hiddətləndirib. Festivalın təşkili ilə bağlı məsuliyyəti Acarıstan Muxtar Respublikasının Təhsil, Mədəniyyət və İdman Nazirliyi daşıyıb.     

NSA.GE