Gürcüstanda yeni siyasi hərəkat yaradılıb

Manshet Siyasət
Photo: İPN

Gürcüstanda yeni siyasi hərəkat yaradılıb. 

Nsa.ge xəbər verir ki, Gürcüstan parlamentinin müstəqil üzvü David Çiçinadzenin əsasını qoyduğu hərəkatın adı “Tribuna” olaraq müəyyənləşib.

D. Çiçinadze bildirib ki, “Tribuna” vətəndaşların səsini və məsələlərə münasibətini hökumətin diqqətinə çatdıracaq. 

Yeni hərəkata bəzi keçmiş millət vəkilləri də qoşulub.