Gürcüstanda yeni siyasi hərəkat yaradılır

Manshet Siyasət

Gürcüstan parlamentinin bitərəf deputatı David Çiçinadze yeni siyasi hərəkat yaradır.

Nsa.ge Report-a istinadən xəbər verir ki, bu barədə parlament üzvü özü jurnalistlərə bildirib.

O deyib ki, hərəkat “Tribuna” adlandırılacaq.

Yeni siyasi təşkilatın təqdimat mərasimi iyunun 22-nə təyin olunub.

“Tribuna” siyasi hərəkatı 2020-ci ildə Gürcüstanda keçiriləcək parlament seçkilərində iştirak etmək niyyətindədir.

Qeyd edək ki, D.Çiçinadze bu ilin fevralında üzv olduğu “Vətənpərvərlər Alyansı” fraksiyasından istefa verib.