Gürcüstanın baş naziri: “Bölgədə sabitlik əsas məqsədimizdir”

Siyasət

“Bölgədə sabitlik bizim əsas məqsədimizdir və bu bizə ölkələrimizin iqtisadi inkişafı istiqamətində fəaliyyət göstərməyə imkan verməlidir”.

Nsa.ge Report-a istinadən xəbər verir ki, bu barədə Ermənistanda rəsmi səfərdə olan Gürcüstanın baş naziri Giorgi Qaxaria erməni həmkarı Nikol Paşinyanla görüşdə bildirib.

O qeyd edib ki, Gürcüstan və Ermənistan arasında əməkdaşlığın daha effektiv, məhsuldar və intensiv olması üçün mümkün olan hər şey edilir.