Gürcüstanın baş naziri Giorgi Qaxaria bu gün rəsmi səfərlə Azərbaycana gedir

Siyasət

Gürcüstanın baş naziri Giorgi Qaxaria bu gün rəsmi səfərlə Azərbaycana gedir.

Nsa.ge xəbər verir ki, bu barədə məlumatı baş nazirin mətbuat xidməti yayır.

Mətbuat xidmətində qeyd edirlər ki, baş nazirin ilk rəsmi səfəri qonşu ölkələrə olacaq.

“Gürcüstanın baş nazirin ilk rəsmi səfərləri, bizim ticari-iqtisadi istiqamətdə önəmli partnyorlarımız olan qonşu dövlətlərlə başlayacaq. 2019-cu ilin oktyabrın 9-da baş nazir Azərbaycan Respublikasına gedəcək. Növbəti həftə isə, Ermənistana gedəcək. Ayın sonunda isə, baş nazirin Türkiyə Respublikasına səfəri planlaşdırılıb”, – deyilir baş nazirin mətbuat xidmətinin məlumatında.