Gürcüstanın baş naziri Mamuka Baxdadze istefa verəcək?

Manshet Siyasət

Gürcüstanın baş naziri Mamuka Baxtadze bu gün istefasını elan edəcək.

Nsa.ge xəbər verir ki, Baxtadze bu barədə bu gün saat 15:00-da açıqlama verəcək.

Baş nazirin mətbuat xidməti isə nazirin istefa verməyi planlaşdırması və bu gün keçiriləcək brifinqlə bağlı şərh verməyib. Hökumətdə kadr dəyişiklikləri ilə bağlı məsləhətləşmələrin davam edəcəyi bildirilir.

Təsdiqlənməmiş məlumata görə, baş nazir Mamuka Baxtadze daxili işlər naziri Giorgi Qaxaria ilə əvəz olunacaq, İrakli Gharibashvili isə daxili işlər naziri vəzifəsinə qayıdacaq.