Gürcüstanın baş naziri qatillərin əfv edilməsi məsələsində fikirini bildirib

Manshet Siyasət

“Mənim üçün qatillərin, xüsusən də polis əməkdaşının qatilinin əfv olunması tamamilə qəbuledilməzdir”.

Nsa.ge xəbər verir ki, bu barədə baş nazir Giorgi Qaxaria jurnalistlərlə söhbət zamanı deyib.

“Əlbəttə ki, əfv məsələsində islahatlar zəruridir və prezident də bununla razılaşaraq, moratorium elan etdi.

Bu məsələ parlamentlə bərabər, açıq şəkildə müzakirə olunmalıdır ki, müəyyən filtr yaradılsın və qatillərin bu şəkildə azad olunmasına yol verilməsin” – dedi Giorgi Qaxaria.

Xatırladaq ki, Gürcüstan prezidenti Salome Zurabişvili bugün məhkumların əfv edilməsinə moratorium elan etdi.

Onun dediyinə görə, əfv qaydalarını parlamentin işçi qrupu müzakirə edib, yenidən hazırlamalıdır.