Gürcüstanın Baş naziri SOCAR prezidenti ilə görüşüb

Manshet Siyasət

Gürcüstanda səfərdə olan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev ölkəmizin Baş naziri Giorgi Qaxaria ilə görüşüb.

Nsa.ge xəbər verir ki, bu barədə baş nazirin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüşdə Gürcüstan- Azərbaycan münasibətlərinin inkişafı, SOCAR-ın bu inkişafa verdiyi töhfələr, eləcə də, şirkətin Gürcüstandakı kommersiya fəaliyyətinin strateji istiqamətləri müzakirə olunub.