Gürcüstanın Daxili işlər naziri Giorgi Qaxariya Baş nazir ola bilər

Manshet Siyasət

Gürcüstanın Daxili İşlər naziri Giorgi Qaxariya Baş nazir vəzifəsini tuta bilər. 

Nsa.ge-nin xəbərinə görə, bu barədə “TV Pirveli” məlumat yayıb.

Məlumata görə, Nazirlər Kabinetində dəyişikliklər gözləniləndən daha tez – payızın əvvəlində baş verə bilər.

Gürcüstanın indiki Baş naziri Mamuka Baxtadze mümkün dəyişiklikləri şərh etməkdən imtina edib. Yayılan şayiələrə fikir bildirən M. Baxtadze belə vəziyyətin Gürcüstan siyasətini əks etdirdiyini deyib. 

Qeyd edək ki, Mamuka Baxtadze 2018-ci ilin iyunundan Baş nazir vəzifəsini icra edir. O, bu vəzifədə Giorgi Kvirikaşvilini əvəz edib. Daha əvvəl isə M. Baxtadze Maliyyə naziri işləyib. Giorgi Qaxariya isə 2017-ci ilin noyabrında Daxili İşlər naziri vəzifəsinə təyin olunub.