Gürcüstanın hökumət binasına xüsusi təyinatlılar yerləşdirilib – FOTO

Manshet Siyasət

Tbilisidə Gürcüstanın Hökumət Administrasiyasının binası ətrafına xüsusi təyinatlılar yerləşdirilib.

Nsa.ge xəbər verir ki, bu barədə “Rustavi 2” televiziya kanalı məlumat yayıb.

Bildirilib ki, bir neçə dəqiqə bundan öncə çox sayda xüsusi təyinatlı avtobuslarla hökümət binasına gətirilib.

Bununla yanaşı, Gürcüstanın Daxili İşlər Nazirliyinə məxsus xüsusi avtomobillər də hökümət binasının ərazisinə daxil olub.