Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirinin Azərbaycana səfəri başlayır

Manshet Siyasət

Bu gün Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava  Azərbaycana səfər edəcək. 

Nsa.ge-nin xəbərinə görə, sentyabrın 18-dək davam edəcək səfər zamanı Gürcüstan və Azərbaycan Hökumətlərarası Komissiyasının növbəti iclasının gündəliyinin hazırlanması planlaşdırılır. 

Bundan başqa, səfər çərçivəsində ölkələr arasında iqtisadi əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində bir sıra görüşlər keçiriləcək. 

N. Turnava Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayevlə görüşəcək.  

Səfər zamanı “Azərbaycan Dəmir Yolları” QSC və SOCAR rəsmiləri ilə də görüşlər planlaşdırılır.