Gürcüstanın keçmiş baş naziri Dünya Bankında çalışacaq

Siyasət

Gürcüstanın keçmiş baş naziri Mamuka Baxtadzenin Dünya Bankında (DB) fəaliyyətini davam etdirəcəyi gözlənilir.

Sabiq hökumət başçısı DB-nin Direktorlar Şurasına üzv olmağa hazırlaşır.

M.Baxtadze Şuraya üzv seçilməsi ilə bağlı təklifi ABŞ-dan alıb.

Direktorlar Şurasına seçkilər 2020-ci ilin yazında keçiriləcək.

Qeyd edək ki, M.Baxtadze 2018-ci ilin iyunundan Gürcüstanın baş naziri olub. O, bu il sentyabrın 2-də istefa verib. 

Mənbə: report