Gürcüstanın keçmiş Müdafiə naziri Kəşfiyyat Xidmətinin rəhbəri təyin olunub

Siyasət

Gürcüstanın keçmiş Müdafiə naziri Levan İzoria Gürcüstan Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsinə təyin olunub.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstan Kəşfiyyat Xidmətindən məlumat verilib. Levan İzoria əvvəlki rəhbər Davit Sujaşvili ilə görüşüb və qurumun əməkdaşları ilə tanış olub.

Qeyd edək ki, D.Sujaşvili bu gün Gürcüstan Müdafiə nazirinin müavini vəzifəsinə təyin edilib.