Gürcüstanın Müdafiə naziri Azərbaycan səfiri ilə görüşüb

Manshet Siyasət

Gürcüstanın Müdafiə naziri İrakli Qaribaşvili Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənovu qəbul edib.

Nsa.ge-nn xəbərinə görə, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı tərəflər iki ölkənin müdafiə qurumları arasında əməkdaşlığın perspektivlərini, həmçinin regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Müdafiə naziri Azərbaycanla münasibətləri, həmçinin üçtərəfli formatda Gürcüstan, Azərbaycan və Türkiyə arasındakı əməkdaşlığı diqqətə çatdırıb.

Məlumata görə, İ. Qaribaşvili Azərbaycan səfiri ilə hərbi təhsildə əməkdaşlıq və təcrübə mübadiləsi barədə də danışıb.

Görüşdə Azərbaycanın Hərbi attaşesi polkovnik Fuad İbrahimov və səfirliyin digər nümayəndələri də iştirak edib.