Gürcüstanın Seçki Məcəlləsinə dəyişikliklər edilə bilər

Manshet Siyasət

Gürcüstan parlamentində ölkənin Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı İşçi qrupun ilk görüşü keçirilir.

Nsa.ge xəbər verir ki, qapalı keçirilən müzakirələrdə hakim, parlamentdə təmsil olunan və olunmayan partiyalar, QHT və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

Parlament azlığı 2020-ci ildən etibarən proporsional seçki sisteminə keçidi tələb edir. Tələbin yerinə yetirilməyəcəyi təqdirdə parlament müxalifəti hakim partiya ilə Seçki Məcəlləsi üzrə danışıqları davam etdirməyəcək.

Hakim Gürcü Arzusu Partiyasının komandası isə danışıqların ATƏT-in tövsiyələri əsasında təşkil olunacağını bildirib. Parlament çoxluğunun lideri Arçil Talakvadze nəticədə geniş konsensusun əldə olunacağına ümid etdiyini deyib. 

Gürcüstanın Mərkəzi Seçki Komissiyası İşçi qrupunun görüşünü müsbət qiymətləndirirb. Komissiya sədri Tamara Jvania bildirib ki, bu cür müzakirələr seçki qanunvericiliyinin təkmilləşdirilməsi və seçkilərin daha yaxşı keçirilməsinə zəmin yaradır.

Qeyd edək ki, 2020-ci ildə ölkəmizdə parlament seçkiləri keçiriləcək.