Gürcüstanın Türkiyədəki səfiri bəyanat yaydı

Manshet Dünya Siyasət

Tao-Klarcetidə gürcü kilsəsinin yanında ictimai tualetin tikiləcəyi ilə bağlı məlumatlar ictimaiyyətdə birmənalı qarşılanmır.

Nsa.ge 1tv.ge-yə  istinadən bildirir ki, Gürcüstanın Türkiyədəki səfiri Giorgi Cancğava məsələyə  münasibət bildirib.

Onun sözlərinə görə, Türkiyə tərəfi xüsusi ilə vurğulayıb ki,  Doliskani kilsəsinin yanında ictimai tualetin tikilməsinə imkan verilməyəcək.

“Türkiyə tərəfinin dediyinə görə, onlar Doliskana kilsəsinin yanında ictimai tualetin tikiləcəyi ilə bağlı məlumata sahib deyillər və orda baş verən məsələni amütləq öyrənəcəklər və əgər belə bir qərar yerli səviyyədə, müzakirə edilmədən verilibsə, o zaman tikintisi dayandıracaq”.

Onun sözlərinə görə, restavrasiya idarəsinin rəhbəri  məlumat verib ki, yerli kənd əhalisi tərəfindən, orada ictimai tualetin tikilməsi ilə bağlı qərar verilmişdi, ancaq hazırda orada başlayan tikinti işləri dayandırılıb.

Xatırladaq ki, dünən tarixçi Buba Kudava Tao-Klarcetidə, 10-cu əsrin gürcü kilsəsinin yanında ictimai tualetin tikiləcəyi ilə bağlı məlumat, foto-şəkilləri öz Facebook səhifəsində yayımlayıb.

NSA.GE

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir