Gürcüstanın Xarici İşlər Nazirliyi Səudi Ərəbistanın neft obyektlərinə edilən hücumla bağlı bəyanat yayır

Siyasət

Gürcüstanın Xarici İşlər Nazirliyi Səudi Ərəbistanın neft şirkəti Saudi Aramco-ya aid olan ən iri neft terminalına və neft işlədilən kompleksinə edilən hücumla bağlı bəyanat yayır.

Nsa.ge xəbər verir ki, Gürcüstanın Xarici İşlər Nazirliyi sentyabrın 14-də neft komplekslərinə edilən hücumu qınayır.

“Gürcüstanın Xarici İşlər Nazirliyi hesab edir ki, terorizm və ekstremizmin hərhansı forması qeyri-məqbuldur və qarşıdurmaların eskalyasiyasına və regionda sabitliyin pozulmasına səbəb olur” – deyilir bəyanatda.

Qeyd edək ki, Səudi Ərəbistanın “Aramko” obyektinə hücum sentyabrın 14-də həyata keçirilib.

Hücum ilə bağlı məsuliyyəti üzərinə, Yəmənin paytaxtı Sanaya nəzarət edən və İranla bağlı Husitlər götürdülər.