Gürcüstanın yeni baş nazirinin kimliyi sabah məlum olacaq

Manshet Siyasət

“Hökumət dəyişiklikləri ilə bağlı bəyanat sabah, siyasi şura və Parlament çoxluğunun iclasından sonra bəlli olacaq”.

Nsa.ge xəbər verir ki, bunu parlament çoxluğunun lideri, Giya Volski bildirib.

“Ona qədər yüz faizlik dəqiqliklə danışmağa əsas yoxdur. Sabah hər şey bəlli olacaq”, – Volski jurnalistlərə müsahibəsində bildirib.

Qeyd edək ki, baş nazir Mamuka Baxtadze bu gün istefa verdi. Baş nazir postuna Daxili İŞlər Naziri Giorgi Qaxarianın keçəcəyi gözlənilir.