Hakim partiyanın üzvü parlament çoxluğundan çıxarıldı – FOTO

Manshet Siyasət

Bidzina Qeqidzeni Parlament çoxluğundan çıxarıldı. Qeqidze barəsində qərarı çoxluğun üzvləri “Gürcü Arzusu” ofisində keçirilən görüşdə qəbul etdilər.

Nsa.ge-nin 1tv-yə istinadən verdiyi məlumata əsasən, Qeqidzenin son zamanlar verdiyi bəyanatlar partiyanın mövqeyi ilə üst-üstə düşmürdü. Bu da yekunda qərarın qəbul edilməsinə səbəb oldu.

Bidzina Qeqidze hələlik hakim partiyanın və onun siyasi şurasının üzvü olaraq qalır. Partiyadan kənarlaşdırma haqqında qərarı, nizamnaməyə əsasən, siyasi şura qəbul etməlidir.